TBMM Türkiyə Ordusunun Əfqanıstanda daha 18 ay qalması barədə sənəd qəbul edib - YENİLƏNİB

TBMM Türkiyə Ordusunun Əfqanıstanda daha 18 ay qalması barədə sənəd qəbul edib - YENİLƏNİB
# 23 dekabr 2020 01:49 (UTC +04:00)

Türkiyə Hərbi Qüvvələri Əfqanıstanda daha 18 ay qalacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, Dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.

Parlamentin iclasında Əfqanıstana hərbi qüvvələrin göndərilməsi barədə sənəd müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imazsı ilə Prezident Administrasiyasından TBMM-ə göndərilən qanun layihəsində Türkiyə Hərbi Qüvvələrinin beynəlxalq hüquq və qanun tələbləri çərçivəsində Liviyanın təhlükəsizliyinin təmin olunması üçün də daha 18 ay müddətinə bu ölkəyə dəstək verilməsi əks olunub.

***

Saat 21:06

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, parlamentin iclasında Liviyaya hərbi qüvvələrin göndərilməsi barədə sənəd müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imazsı ilə Türkiyə Prezident Administrasiyasından TBMM-ə göndərilən qanun layihəsində Türkiyə hərbi qüvvələrinin beynəlxal hüquq və qanun tələbləri çərçivəsində Liviyada təhlükəsizliyin təmin olunması üçün 18 ay müddətinə bu ölkəyə dəstək verilməsi əks olunub.

Onu da bildirək ki, bu gün TBMM-də Türkiyənin Əfqanıstana da 18 ay müddətinə hərbi qüvvələr göndərməsilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR