Tbilisidə Hindistan vətəndaşını odlu silahla qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Tbilisidə Hindistan vətəndaşını odlu silahla qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB
# 06 fevral 2020 17:55 (UTC +04:00)

Tbilisidə Hindistan vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində öldürülən şəxsin qonşusu, 1986-cı il təvəllüdlü şəxs saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, cinayət mübahisə zəminində baş verib. Polis cinayətdə istifadə edilmiş odlu silahı dəlil kimi müsadirə edib.

Faktla bağlı qəsdən adam öldürmə, odlu silahın qanunsuz əldə edilməsi və saxlanması maddələri ilə cinayət işi açılıb.

Saxlanılan şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

***

16:50

Tbilisinin İsani rayonu ərazisində Hindistan vətəndaşı qətlə yetirilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, odlu silahdan açılan atəş nəticəsində yaralanan gənc aldığı xəsarətdən dünyasını dəyişib.

Məlumata gör,ə qətli törədən şəxsin kimliyi artıq müəyyənləşdirilib və polis araşdırmalarını davam etdirir.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR