Tbilisidə bazarda yanğın lokallaşdırılıb - YENİLƏNİB

Tbilisidə bazarda yanğın lokallaşdırılıb - YENİLƏNİB
# 12 fevral 2021 19:47 (UTC +04:00)

Tbilisidə bazarda baş vermiş yanğın nəticəsində 1000 kvadrat metr ərazi yanaraq yararsız hala düşüb. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yanğınsöndürmə və Xilasetmə Bölməsinin rəhbəri Otar Kereselidze bildirib. Onun sözlərinə görə, əraziyə 20 yanğınsöndürən maşın cəlb edilib və görülən işlər nəticəsində yanğın lokallaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.

***

18:43

Tbilisidə Eliava bazarı adlanan ərazidə güclü yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, yanğının tikinti materialları anbarında başladığı bildirilir.

Hadisə yerinə Gürcüstan Fövqəladə Halların İdarəetməsi xidmətinin 14 yanğınsöndürmə heyəti cəlb edilib.

Yanğının lokallaşdırılması istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR