Tbilisidə məşhur bina satışa çıxarılır

Tbilisidə məşhur bina satışa çıxarılır
# 30 yanvar 2020 12:07 (UTC +04:00)

Tbilisidə “Rike Park” ərazisində yerləşən sürahi formalı tikili auksiona çıxarılacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava məlumat verib. O bildirib ki, “Biznesə 100 investisiya təklifi” adlı dövlət proqramı çərçivəsində özəlləşdirməyə çıxarılacaq binanın ilkin dəyəri 95 mln. lari müəyyənləşdirilib.

Qeyd edək ki, ümumi sahəsi 15 000 kvadrat metr olan şüşə və dəmir konstruksiyalı bina hazırda istifadəsizdir. Bina İtaliyanın “Studio Fuksos” şirkəti tərəfindən dizayn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR