Tbilisidə parlament binası yaxınlığında aksiya keçirilib

Tbilisidə parlament binası yaxınlığında aksiya keçirilib
# 25 noyabr 2019 19:30 (UTC +04:00)

Tbilisidə müxalif partiyaların nümayəndələri parlament binası yaxınlığında yürüş keçiriblər.

APA-nın yerli bürosu xəbər verir ki, Tbilisidə Birinci Respublika meydanına toplaşan Vahid Milli Hərəkat, Avropalı Gürcüstan partiyalarının liderləri və tərəfdarları, eləcə də müstəqil millət vəkilləri parlamentə doğru yürüş ediblər.

Etirazçılar parlament binasını yenidən mühasirəyə alacaqlarını və parlamentin sabahkı plenar iclasa millət vəkillərini buraxmayacaqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR