Tbilisidə parlamentin qarşısında saxlanılanların sayı 15-ə çatıb - YENİLƏNİB

Tbilisidə parlamentin qarşısında saxlanılanların sayı 15-ə çatıb - YENİLƏNİB
# 19 fevral 2021 17:44 (UTC +04:00)

Tbilisidə parlament binası qarşısında polislə etirazçılar arasında qarşıdurma zamanı saxlanılanların sayı 15 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü Levan Xabeişvili məlumat verib.

Onun sözlərinə görə, polis etirazçılara məxsus çadırları da müsadirə edib.

Gürcüstan Daxili İşlər Nazirliyi daha əvvəl insidentlə əlaqədar Gürcüstan İnzibati Məcəlləsinin polisin qanuni tələbinə məhəl qoymama maddəsinə uyğun olaraq 10 nəfərin saxlanıldığı təsdiqləyib.

Qeyd edək ki, etirazçılar bir neçə aydır parlament binasının arxa çıxışına quraşdırdıqları çadırları binanın ön tərəfinə köçürmək istəyib. Polisin icazə verməməsindən sonra tərəflər arasında fiziki qarşıdurma baş verib.

***

saat 16:13

Tbilisidə Gürcüstan parlamentinin binasının qarşısında etirazçılarla polis arasında insident baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, polis parlament binasının qarşısına çadırlar qurmaq istəyən aktivistlərə icazə verməyib və nəticədə tərəflər arasında fiziki qarşıdurma baş verib. Hadisə ilə əlaqədar 5 etirazçının saxlanıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR