Tbilisidə yaşayış binasında yanğın olub, iki nəfər ölüb

Tbilisidə yaşayış binasında yanğın olub, iki nəfər ölüb
# 26 noyabr 2020 09:30 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisinin Xorava küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın nəticəsində iki nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.

Bildirilib ki, səhər saat 07:30 radələrində üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində başlayan yanğının söndürülməsi məqsədi ilə əraziyə yeddi yanğın xilasetmə qrupu səfərbər olunub.

Yanğının lokallaşdırıldığı və digər binalara keçməsinin qarşısının alındığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR