Tbilisinin Azərbaycan-Gürcüstan-Ermənistan sülh platforması təşəbbüsü alqışlanıb

Tbilisinin Azərbaycan-Gürcüstan-Ermənistan sülh platforması təşəbbüsü alqışlanıb
# 22 aprel 2021 23:16 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə Buxarestə keçirdiyi görüşü zamanı Cənubi Qafqazda cari hadisələr və təhlükəsizlik mühitinə dair müzakirələr aparılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN-in bəyanatında bildirilib.

Qeyd olunub ki, tərəflər rəsmi Tbilisinin Azərbaycan-Gürcüstan-Ermənistan sülh platforması təşəbbüsünü bir daha alqışlayıb.

Bildirilib ki, görüş zamanı Gürcüstan tərəfi bir daha rəsmi Tbilisinin müxtəlif regional formatlarla bağlı mövqeyini təkrarlayıb və iştirakçı ölkələr arasında konstruktivlik, ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinə söykənən münasibətə ehtiyacın olmasını vurğulayıb.

Görüş zamanı Ukraynada və Gürcüstanın işğal altındakı ərazilərində vəziyyətə dair müzakirə də aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR