Türkiyə, Almaniya, İngiltərə və Fransa liderlərinin videokonfransı başa çatıb

Türkiyə, Almaniya, İngiltərə və Fransa liderlərinin videokonfransı başa çatıb
# 17 mart 2020 20:32 (UTC +04:00)

Türkiyə, Almaniya, Britaniya və Fransa liderlərinin videokonfrans vasitəsilə görüşü başa çatıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan, Angela Merkel, Boris Conson və Emmanuel Makron arasındaki görüş 1 saat 15 dəqiqə çəkib.

İstanbulda Vahdəddin köşkündə yerli vaxtla saat 17:00-da başlayan videokonfransda liderlər İdlib mövzusunda, Türkiyə-Avropa İttifaqı münasibətləri ətrafında müzakirələr aparıblar. Bundan başqa dördtərəfli videogörüşdə hazırda bütün dünyanın başlıca problemi olan koronavirus mövzusu da müzakirə olunub.

Qeyd edək ki, 4 liderin bu gün İstanbulda baş tutacaq görüşü keçən həftə koronavirus epidemiyası ilə əlaqədar ləğv olunaraq, vedokonfrans şəklində keçirilməsinə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR