Türkiyə NATO Sənaye Məsləhətləşmə Qrupunun sədri olub

Türkiyə NATO Sənaye Məsləhətləşmə Qrupunun sədri olub
# 14 iyun 2020 16:49 (UTC +04:00)

Türkiyə NATO Sənaye Məsləhətləşmə Qrupunun (NİAG) dövri sədrliyini qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, HAVELSAN Təyinatı İdarə və Müdafiə Texnologiyaları Qurumunun baş direktor müavini, Sistem Mühəndisliyi Qrup rəhbəri Sərdar Üzümçü 1 il müddətinə NATO-nun bu qrupunun sədri vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, NATO-ya üzvü ölkələrin hər birinin müdafiə sənayesi firmaları birliyindən bir nümayəndənin təmsil olunduğu və Milli Silahlanma üzrə Direktorlar Konfransı (CNAD) çərçivəsində yaradılan ali məsləhətləşmə orqanı NİAG 1968-ci ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR