Türkiyə NATO-nun Baltikyanı ölkələr və Polşa üçün müdafiə planına mane olmayacaq

Türkiyə NATO-nun Baltikyanı ölkələr və Polşa üçün müdafiə planına mane olmayacaq
# 04 dekabr 2019 19:00 (UTC +04:00)

Türkiyə NATO-nun Baltikyanı ölkələr və Polşa üçün müdafiə planına mane olmayacaq.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bu gün Londonda hərbi alyansın 70-ci ildönümü ilə bağlı təşkil edilən Sammitin sonunda keçirdiyi mətbuat konfransında bildirib.

Baş katib qeyd edib ki, sammitdə Suriyadakı kürd YPG qüvvələri ilə bağlı müzakirələr aparılmayıb.

Xatırladaq ki, sammitdən öncə rəsmi Ankara sözügedən planı dəstəkləmək üçün NATO-dan onun Suriyanın şimalında YPG kürd qüvvələrinə qarşı mübarizəsində daha çox dəstək verməsini və hərbi alyansdan YPG-ni rəsmi olaraq terror qruplaşması kimi tanımağı tələb edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR