Türkiyə Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb
# 04 mart 2020 17:50 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

APA-nın yerli bürosunun NTV telekanalına istinadən verdiyi xəbərə görə, Çankaya köşkündə keçirilən görüşdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

İki saata qədər davam edən görüşdə Türkiyə-Avropa İttifaqı münasibətləri, miqrantlar və İdlibdə baş verənlərin müzakirə olunduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR