Türkiyə Prezidentinin müşaviri ABŞ-ın təhlükəsizlik müşaviri ilə telefonla danışıb

Türkiyə Prezidentinin müşaviri ABŞ-ın təhlükəsizlik müşaviri ilə telefonla danışıb
# 03 fevral 2021 03:02 (UTC +04:00)

Türkiyə Prezident Adminstrasiyasının sözcüsü İbrahim Kalın ABŞ-ın Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefonla danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat yayılıb.

Bildirilib ki, İbrahim Kalın yeni işə başlayan Ceyk Sallivanı təbrik edib və tərəflər Türkiyə-ABŞ əlaqələri, Suriya, Liviya, Kipr, Şərqi Aralıq dənizi, Əfqanıstan, Dağlıq Qarabağ, COVID-19 və beynəlxalq iqlim rejimilə bağlı 1 saatlıq müzakirə aparıblar.

Söhbətin sonunda S-400, F-35 və PYD/YPG ilə əlaqədar da fikir mübadiləsi aparılıb.

İki müttəfiq ölkənin yeni dönəmdə güclü, davamlı və konstruktiv bir münasibət modeli üçün gözləntilər müzakirə edilib. NATO müttəfiqliyini gücləndirmək, regional və daimi sülhə, sabitliyə qatqı təmin edəcək addımlar atmaq üçün bir razılığa gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR