Türkiyə, Rusiya və İranın XİN rəhbərləri Suriya mövzusunda telekonfrans keçiriblər

Türkiyə, Rusiya və İranın XİN rəhbərləri Suriya mövzusunda telekonfrans keçiriblər
# 23 aprel 2020 02:53 (UTC +04:00)

Suriyada qarşıdurmanın azaldılması və bu ölkədəki münaqişələrin həlli məqsədilə qəbul edilən Astana Protokolunun zəmanətçisi olan Türkiyə, İran və Rusiyanın Xarici İşlər nazirləri arasında 7-ci iclas keçirilib.

APA-nın yerli bürosuna Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telekonfrans yolu ilə reallaşdırılan yığıncaqda Suriyada yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə, xüsusilə İdlib və Fəratın şərqi başda olmaqla son zamanlar ərazidə baş verənlər, siyasi proses, humanitar vəziyyət və sığınacaq üçün didərgin olanların təhlükəsiz şəkildə geri qaytarılması, eləcə də Suriyanın ərazi bütövlüyü və suverenliyilə bağlı məsələlər müzakirə edilib.

Telekonfransda Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə beynəlxalq səylərin artırılması və koordinasiyasının vacibliyini vurğulayıb. Bu çərçivədə Suriyaya Türkiyə üzərindən həyata keçirilən humanitar yardım fəaliyyətlərinin fasiləsiz davam etdirilməsi ehtiyacına diqqət çəkib.

Görüşdə tərəflər 5 mart 2020-ci il Soçi Memorandumuna əlavə edilən regionda sabitliyin yaradılması protokoluna riayət olunmasından razılıqlarını bildiriblər. Bu çərçivədə atılan addımların davamlılığı və atəşkəsin siyasi prosesin həllində əsas tələb olduğu vurğulanıb.

Teletoplantıda, həmçinin nazir Çavuşoğlu siyasi prosesin normal şəkildə davam etməsi üçün suriyalı tərəflər arasında təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə Türkiyənin önəm verdiyini vurğulayıb. Bu baxımdan M.Çavuşoğlu əsir tutulan və qaçırılanların buraxılması, cənazələrin mübadiləsi, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üzrə İşçi Qrupun fəaliyyətinin davam etdirilməsinə Türkiyənin yenə dəstək verəcəyini vurğulayıb, münaqişə nəticəsində didərgin düşən suriyalı qaçqınların geri qaytarılması üçün Astana Protokolundakı digər tərəfdaş ölkələrlə birgə əməkdaşlığa Türkiyənin hazır olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR