Türkiyə XİN BMT-nin Şimali Kiprlə bağlı yeni qərarına etiraz edib

Türkiyə XİN BMT-nin Şimali Kiprlə bağlı yeni qərarına etiraz edib
# 30 yanvar 2021 14:50 (UTC +04:00)

Şimali Kiprdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Qüvvələrinin qalma müddəti daha 6 ay uzadılıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə XİN BMT-nin 29 yanvar 2021-ci ildə sözügedən məsələ ilə bağlı qəbul etdiyi 2561 saylı qərarla bağlı Şimali Kipr Türk Respublikası tərəfindən yaylan açıqlamanı dəstəkləyir: “BMT Sülhməramlı Qüvvələrinin adadakı mövcudluğu ilə əlaqədar Şimali Kipr səlahiyyətlilərinin fikri yenə də nəzərə alınmayıb. Bu vəziyyət BMT prinsiplərinə ziddir. Digər tərəfdən, BMT Baş Katibinin 8 Yanvar 2021-ci il tarixli sülhməramlı missiya haqqında hesabatında heç bir həll modelinə istinad edilməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR