Türkiyə XİN başçısı: "Viza məsələsində Aİ-dən siyasi iradə görmək istəyirik"

Türkiyə XİN başçısı: "Viza məsələsində Aİ-dən siyasi iradə görmək istəyirik"
  • Clock-gray 15:47
  • calendar-gray 03 Mart 2021
"Viza məsələsində Avropa İttifaqından (Aİ) siyasi iradə görmək istəyirik". 
 
APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.
 
M. Çavuşoğlu bildirib ki, Türkiyənin indiyə qədər atdığı addımlar viza rejiminin aradan qaldırılması üçün yetərli hesab olunur, amma Aİ üçün yetərli deyil və bunun üçün Aİ siyasi iradə göstərməlidir.
 
"Avropa İttifaqı tərəfindən siyasi iradə görmək istəyirik. 23-cü və 24-cü fəsillərlə bağlı şərtlər yerinə yetirildiyi halda blok edildiyi üçün bu fəsillər açılmır və digər bəzi fəsillər də blokdadır. Siyasi qərarlara görə bu fəsillərlə bağlı müzakirələr, təəssüf ki, sadəcə səngiməyib, son zamanlarda dayandırılıb. 
Viza ilə bağlı 4 və ya 5 şərt qalıb, artıq bu şərtlərlə bağlı da addımlar atılıb", - deyə türkiyəli nazir bildirib. 
 
Türkiyə XİN başçısı deyib ki, əgər Aİ Gürcüstana və Ukraynaya qarşı göstərdiyi yumşaqlığın yarısını Türkiyəyə göstərərsə Türkiyə və Aİ arsında viza rejimi ləvğ oluna bilər.
 
M.Çavuşoğlu onu da əlavə edib ki, ölkəsi üçün vacib olan müxtəlif sahələrdə islahatlar davam edəcək: "Növbəti həftə prezident iqtisadi sahədə islahatları açıqlayacaq".

Zümrüd Paşkin

Digər xəbərlər