Türkiyə ordusu Suriyadakı əməliyyatlarda iki şəhid verib

Türkiyə ordusu Suriyadakı əməliyyatlarda iki şəhid verib
# 03 dekabr 2019 04:51 (UTC +04:00)

Suriyada aparılan antiterror əməliyyatları zamanı Türkiyə ordusunun iki əsgəri şəhid olub.

APA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, əsgərlərdən biri “Sülh çeşməsi”, digəri isə “Pəncə-3” antiterror əməliyyatlarının aparıldığı bölgələrdə terrorçular tərəfindən vurulub. Bir əsgər də yaralı halda xəstəxanaya çatdırılıb.

Hadisə zamanı terror qruplaşmalarına aid hədəflər məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR