Türkiyə və Almaniya xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər

Türkiyə və Almaniya xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər
# 16 iyun 2020 00:48 (UTC +04:00)

Türkiyə və Almaniya xarici işlər nazirlərinin telefon söhbəti olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər Nazirliyindən bu barədə bildirlib.

Mövlud Çavuşoğlu ilə Hayko Maas pandemiya sonrası normallaşma, turizm, səfər qadağalarının ləğvi mövzusunda fikir mübadiləsi ediblər.

Nazirlər, həmçinin Almaniyanın Avropa İttifaqına rəhbərliyi və Türkiyə-Aİ əlaqələri haqqında müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR