Türkiyə və Rusiyanın elm adamları koronavirusla bağlı ikinci dəfə videokonfrans keçirəcəklər

Türkiyə və Rusiyanın elm adamları koronavirusla bağlı ikinci dəfə videokonfrans keçirəcəklər
# 04 iyun 2020 01:56 (UTC +04:00)

“Rusiyanın Səhiyyə naziri ilə COVID-19 mövzusunda danışıqlarımız olub. Elm Qurumunun peyvəndlə əlaqədar əməkdaşları da Rusiyann elm adamları ilə bir dəfə videkonfrans keçirib, ikincini də sabah keçirəcək. Bundan sonra bu görüşlər intensivləşəcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra belə deyib.

Nazir qeyd edib ki, dərman və peyvənd məsələləri ilə bağlı Türkiyədə 22 universitet və mərkəzin, heyvanlar üzərində sınaq təcrübələrinin aparılması mərhələsində işləyən 4 mərkəz və universitet mövcuddur.

Onun sözlərinə görə, rusiyalı həmkarı peyvənd məsələsi ilə bağlı, xüsusilə heyvanlar üzərində sınaqların aparılmasında son mərhələlərə keçdiklərini bildirib. Hər iki ölkənin səhiyyə nazirliəri indiki şəraitdə qarşılıqlı kliniki əməkdaşlıq qərarına gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR