Türkiyədə 1 nəfəri ildırım vuraraq öldürüb, 4 nəfəri yaralayıb

Türkiyədə 1 nəfəri ildırım vuraraq öldürüb, 4 nəfəri yaralayıb
# 04 iyul 2020 01:32 (UTC +04:00)

Türkiyədə, Ərzurum vilayətinin Xorasan rayonunda ildırım vurması nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Xorasanın Kadıcelal yaşayış məntəqəsində dağlıq ərazidə gəzən iki qardaşı ildırım vurub. Xəstəxanaya aparılan yaralı qardaşlardan birini xilas etmək mümkün olmayıb.

Xorasanın Çamlıkale yaşayış məntəqəsində isə açıq havada olan 3 nəfəri ildırım vuraraq yaralayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR