Türkiyədə 20 yaşa qədər və 65-dən çox yaşı olanlar küçəyə çıxa biləcək

Türkiyədə 20 yaşa qədər və 65-dən çox yaşı olanlar küçəyə çıxa biləcək
# 07 may 2020 00:33 (UTC +04:00)

Türkiyənin Daxili İşlər Nazirliyi 20 yaşa qədər və yaşı 65-dən yuxarı olan vətəndaşların küçəyə çıxması ilə əlaqədar göstəriş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, nazirlikdən yayılan açıqlamada bildirilib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində məhdud saatlarda küçəyə çıxa bilən həmin vətəndaşlar müəyyənləşdirilmiş qaydalara əməl etməlidirlər.

Türkiyənin 81 vilayətinə göndərilən sənəddə qeyd olunub ki, yaşı 65-dən yuxarı olanlar və xroniki xəstəlikləri olan xəstələr (ehtiyac olduğu halda o xəstələrə baxanlar) 10 may bazar günü saat 11:00-15:00-da yaşadıqları ərazinin yaxınlığında maska ilə və sosial məsafəni gözləməklə gəzintiyə çıxa biləcək.

0-14 yaş qrupuna daxil olan uşaqlar 13 mayda, 15-20 yaş qrupuna daxil olan gənclər isə 15 mayda eyni şərtlər daxilində küçəyə çıxa biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR