Türkiyədə 39 nəfər dağıntılar altından sağ çıxarılıb

Türkiyədə 39 nəfər dağıntılar altından sağ çıxarılıb
# 25 yanvar 2020 13:18 (UTC +04:00)

Türkiyədə güclü zəlzələ nəticəsində baş vermiş dağıntılar altından 39 nəfər sağ çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyənun NTV kanalı xəbər yayıb.

Zəlzələnin episentrində - Elazığda daha 22 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR