Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
# 09 fevral 2021 12:22 (UTC +04:00)

Türkiyənin İzmir şəhərində 4,4 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 10:30-da baş verib.

Zəlzələnin episentri Egey dənizinin İzmirin Urla rayonundakı sahilində yerləşib, zəlzələ 5,29 km dərinlikdə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR