Türkiyədə 5 terrorçu zərərsizləşdirilib

Türkiyədə 5 terrorçu zərərsizləşdirilib
# 04 noyabr 2020 23:27 (UTC +04:00)

Türkiyənin Hakkari vilayətinin Şemdinli sərhəd bölgəsində zərərsizləşdirilən terrorçuların sayı 5-ə çatıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin “Twitter” hesabından verilən açıqlamada PKK terror təşkilatına qarşı əməliyyatların qətiyyətlə davam etdiyi vurğulanıb.

“Şemdinli sərhəd bölgəsində kəşfiyyat və patrul avtomobilləri tərəfindən aşkarlanan və terror əməlinə hazırlaşdıqları müəyyən edilən iki PKK terrorçusu qəhrəman komandolarımız tərəfindən zərərsizləşdirildi”, - məlumatda belə deyilir.

Daha sonra verilən digər açıqlamada bölgədə üç PKK terrorçusunun zərərsizləşdirildiyi, “zərərsizləşdirilən terrorçu sayının 5 olduğu” bildirilib. Həmin beş terrorçunun Hakkari vilayətinin Derecik rayonu ərazisində yol inşaatında çalışan işçilərə hücumda iştirak etdikləri məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR