Türkiyədə COVID-19-dan 108 nəfər ölüb

Türkiyədə COVID-19-dan 108 nəfər ölüb
# 06 fevral 2021 20:39 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 108 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7897 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8089, ağır xəstələr isə 1337 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 524 786 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 412 505 nəfər sağalıb, 26 685 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR