Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb

Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb
  • Clock-gray 22:18
  • calendar-gray 30 Noyabr 2020

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 188 nəfər ölüb. Bu, Türkiyədə COVID-19-dan ölənlər üzrə ən yüksək rəqəmdir.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında belə bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 176 656 nəfər koronavirus testindən keçib, 6514 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 31 219 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb. 

Ağır xəstə sayı dünənlə müqayisədə 179 nəfər artaraq 5190 olub. Nazir ağır xəstə sayının sürətlə artmasından narahatlığını bir daha ifadə edərək, əhaliyə çağırış edib: “Daha çox qorunmağa, daha sıx mübarizə tədbirlərinə ehtiyacımız var. Tədbirlərə düzgün əməl etməklə mübarizəmizə dəstək olun”. 

Qeyd edək ki, Türkiyədə indiyədək 500 865 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 13 746 nəfəri ölüb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər