Türkiyədə COVID-19-dan son sutkada 229 nəfər ölüb

Türkiyədə COVID-19-dan son sutkada 229 nəfər ölüb
# 14 dekabr 2020 23:29 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 229 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindən 204 289 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 29 617 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Ağır xəstə sayı 5980 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 866 345 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 631 944 nəfər sağalıb, 16 646 nəfər isə ölüb.

F.Koca bildirib ki, Türkiyə əhalisi küçəyə çıxma məhdudiyyətinin yaxın zamanlarda uğurlu nəticəsini görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR