Türkiyədə COVID-19-dan son sutkada 246 nəfər ölüb

Türkiyədə COVID-19-dan son sutkada 246 nəfər ölüb
  • Clock-gray 22:28
  • calendar-gray 18 Dekabr 2020

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 246 nəfər ölüb. Bu, Türkiyədə COVID-19-dan sutkalıq ölümə görə ən yüksək göstəricidir.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindən 205 809 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 26 410 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 31 945 olub. Ağır xəstə sayı dünənlə müqayisədə 96 nəfər azalaraq 5707 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 982 090 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 753 552 nəfər sağalıb, 17 610 nəfər isə ölüb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər