Türkiyədə COVID-19-dan son sutkada 246 nəfər ölüb

Türkiyədə COVID-19-dan son sutkada 246 nəfər ölüb
# 20 dekabr 2020 22:33 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 246 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 20 316 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 21 218 nəfər olub. Ağır xəstə sayı dünənlə müqayisədə 153 nəfər azalaraq 5347 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 024 601 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 800 286 nəfər sağalıb, 18 097 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR