Türkiyədə COVID-19-dan sutkalıq ölüm sayında rekord qeydə alınıb

Türkiyədə COVID-19-dan sutkalıq ölüm sayında rekord qeydə alınıb
# 16 dekabr 2020 21:34 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 240 nəfər ölüb. Bu, Türkiyədə COVID-19 səbəbindən ölümlə bağlı ən yüksək göstəricidir.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindən 205 397 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 29 718 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 29 922, ağır xəstə sayı 5966 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 928 165 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 691 113 nəfər sağalıb, 17 121 nəfər isə ölüb.

Onu da bildirək ki, dünya miqyasında COVID-19 infeksiyasına yoluxanların sayı 74 milyonu keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR