Türkiyədə COVID-19-la bağlı son statistika açıqlanıb

Türkiyədə COVID-19-la bağlı son statistika açıqlanıb
# 04 noyabr 2020 21:47 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 77 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 144 416 şübhəli koronavirus testindən keçib, onlardan 2391-nin cavabı pozitiv çıxıb, 1841 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2464 nəfər olub.

Türkiyədə ümumilikdə 384 509 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 558 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR