Türkiyədə COVID-19-la bağlı son statistika açıqlanıb: 132 ölüm, 7489 yoluxma

Türkiyədə COVID-19-la bağlı son statistika açıqlanıb: 132 ölüm, 7489 yoluxma
# 27 yanvar 2021 22:38 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 132 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7489 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8803, ağır xəstələr isə 1765 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 449 839 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 331 314 nəfər sağalıb, 25 476 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR