Türkiyədə COVID-19 üzrə son statistika açıqlanıb

Türkiyədə COVID-19 üzrə son statistika açıqlanıb
# 08 fevral 2021 20:24 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 103 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8103 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8567, ağır xəstələr isə 1310 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 539 559 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 2 449 273 nəfər sağalıb, 26 900 nəfər isə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR