Türkiyədə Çin istehsalı olan vaksinin kütləvi istifadəsi təsdiqlənib

Türkiyədə Çin istehsalı olan vaksinin kütləvi istifadəsi təsdiqlənib
  • Clock-gray 21:14
  • calendar-gray 13 Yanvar 2021

Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Coronavak” inaktiv vaksinin Türkiyədə kütləvi istifadəsini təsdiqləyib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca mətbuat konfransında bildirib.

Nazir deyib ki, sabahdan başlayaraq ölkədə öncə tibb işçiləri olmaqla peyvəndləməyə kütləvi start veriləcək.

Peyvəndləmə prosesinin şəffaflığına xüsusilə diqqət ediləcəyini deyən nazir yeni növ koronavirusa (COVID-19) qarşı özünün də peyvənd olunacağını deyib və dövlət rəsmilərinin peyvənd olunması nümunəsinə geniş yer veriləcəyini bildirib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər