Türkiyədə bir gündə 51 minə yaxın insanda COVID-19 aşkarlanıb, 237 nəfər ölüb

Türkiyədə bir gündə 51 minə yaxın insanda COVID-19 aşkarlanıb, 237 nəfər ölüb
# 11 aprel 2021 20:50 (UTC +04:00)

Türkiyədə son sutkada 50 678 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 3 849 011 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 237 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu infeksiyadan ölənlərin ümumi sayı 33 939 nəfərdir.

Hazırda ölkə üzrə 483 661 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 2824 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3 331 411 nəfər (son sutkada 30 194 nəfər) müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR