Türkiyədə bir gündə 59 mindən çox insanda COVID-19 aşkarlanıb, 273 nəfər ölüb

Türkiyədə bir gündə 59 mindən çox insanda COVID-19 aşkarlanıb, 273 nəfər ölüb
# 13 aprel 2021 22:15 (UTC +04:00)

Türkiyədə son sutkada 59 187 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 3 962 760 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 273 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu infeksiyadan ölənlərin ümumi sayı 34 455 nəfərdir.

Hazırda ölkə üzrə 503 572 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 2951 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3 424 733 nəfər (son sutkada 52 104 nəfər) müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR