Türkiyədə bərbərxana və gözəllik salonları yeni tələblər daxilində fəaliyyət göstərəcək

Türkiyədə bərbərxana və gözəllik salonları yeni tələblər daxilində fəaliyyət göstərəcək
# 06 may 2020 20:28 (UTC +04:00)

Türkiyənin Daxili İşlər Nazirliyi mayın 11-dən kişi və qadın bərbərxanaları, gözəllik salonlarının fəaliyyətə başlaması ilə əlaqədar tədbirlər planı açıqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, nazirlikdən yayılan açıqlamada bildirilib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində bağlanan bu obyektlər 11 maydan yerli vaxtla saat 09:00-21:00-dək fəaliyyət göstərəcək.

Türkiyənin 81 vilayətinə göndərilən sənəddə bildirilib ki, obyektlərin gigiyenik tələblərə ciddi əməl etməsi, iş prosesindən əvvəl və sonra obyektlərin dezinfeksiya olunması, iş prosesində bərbər və digər mütəxəssisin, müştərinin maskadan istifadə etməsi vacib tələbdir. İş prosesində müştərinin maskasını çıxarmasına icazə veriləcək. Müştərilər üçün bəzi vasitələr ya birdəfəlik (önlük, saç qurutmaq üçün dəsmal və s.) istifadə olunacaq, ya da müştəri özü ilə gətirəcək.

Zəruri olmayan bəzi prosedurlar (gözəllik salonlarında dəriyə qulluq, makiyaj və s.) müvəqqəti olaraq tətbiq edilməyəcək.

Müştərilər yalnız öncədən qəbula yazılmaqla, öncədən müəyyənləşdirilmiş vaxtda bu obyektlərə müraciət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR