Türkiyədə bu gün COVID-19-dan 195 nəfər ölüb

Türkiyədə bu gün COVID-19-dan 195 nəfər ölüb
# 06 dekabr 2020 20:22 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 195 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 174 761 nəfər koronavirus testindən keçib, 6093 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyənlərlə birlikdə 30 402 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Ağır xəstə sayı dünənlə müqayisədə 5 nəfər artaraq 5805 olsa da, F.Qoca son zamanlar ağır xəstə sayında azalma müşhahidə olunduğunu bildirib. Əhaliyə çağırış edən nazir “qadağalar ləğv olunduqdan sonra da izdihamlı yerlərdən uzaq durun” deyə vurğulayıb.

Qeyd edək ki, Türkiyədə indiyədək 539 291 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 14 900 nəfəri ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR