Türkiyədə bu gün COVID-19-dan 220 nəfər ölüb

Türkiyədə bu gün COVID-19-dan 220 nəfər ölüb
  • Clock-gray 21:13
  • calendar-gray 10 Dekabr 2020

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 220 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindən keçənlərin sayı 200 mini keçib.

Test edilən 206 202 nəfərdən 5918 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyənlərlə birlikdə 30 424 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı 5943 olub.

Türkiyədə indiyədək 564 435 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 15 751 nəfəri ölüb.

Qeyd edək ki, bu gün ilk dəfə COVID-19 simptomları müəyyən edilməyən xəstələrlə birikdə ümumilikdə 1 748 567 nəfər koronavirus xəstə sayı açıqlanıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər