Türkiyədə bu gün koronavirusdan 113 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 113 nəfər ölüb
  • Clock-gray 20:56
  • calendar-gray 04 Fevral 2021

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 113 nəfər həlak olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7909 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8815, ağır xəstələr isə 1501 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 508 988 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 2 396 199 nəfər sağalıb, 26 467 nəfər isə ölüb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər