Türkiyədə bu gün koronavirusdan 18 nəfər ölüb

Türkiyədə  bu gün koronavirusdan 18 nəfər ölüb
# 17 iyul 2020 21:52 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 41 215 şübhəli koronavirus testindən keçib, onlardan 926-nın cavabı pozitiv çıxıb. Bu gün daha 1014 xəstə sağalıb.

Türkiyədə indiyədək 217 799 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5458 nəfər ölüb, 199 834 nəfər müalicə olunaraq evə buraxılıb.

Nazir qeyd edib ki, Türkiyədə sosial məsafə, erkən diaqnoz və müalicə sayəsində vəfat sayı azalmaqda davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR