Türkiyədə bu gün koronavirusdan 20 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 20 nəfər ölüb
# 04 iyul 2020 22:17 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 20 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 48 248 şübhəli koronavirus testindən keçib, onlardan 1154-nün cavabı pozitiv çıxıb.

Bu gün daha 1214 xəstə sağalıb.

Türkiyədə indiyədək 204 610 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5206 nəfər ölüb

Nazir bildirib ki, yeni növ koronavirus infeksiyasından sağalan xəstə sayı 180 minə yaxınlaşıb. 179 492 nəfər müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR