Türkiyədə bu gün koronavirusdan 68 nəfər vəfat edib

Türkiyədə bu gün koronavirusdan 68 nəfər vəfat edib
  • Clock-gray 23:58
  • calendar-gray 04 Mart 2021

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 68 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistika açıqlamada qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 322  nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 7873, ağır xəstələr isə 1220 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 746 158 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 601 137 nəfər sağalıb, 28 839 nəfər isə həyatını itirib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər