Türkiyədə bu gün koronavirusdan 90 nəfər vəfat edib

Türkiyədə bu gün koronavirusdan 90 nəfər vəfat edib
# 16 fevral 2021 21:31 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 90 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7906 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7189, ağır xəstələr isə 1201 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 602 034 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 489 624 nəfər sağalıb, 27 652 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR