Türkiyədə bu ilin sonu, gələn ilin əvvəli 80 saatlıq küçəyə çıxmaq məhdudiyyəti olacaq

Türkiyədə bu ilin sonu, gələn ilin əvvəli 80 saatlıq küçəyə çıxmaq məhdudiyyəti olacaq
# 14 dekabr 2020 23:41 (UTC +04:00)

Türkiyədə 2020-ci ilin son günündən yeni ilin ilk 4 gününə qədər fasiləsiz küçəyə çıxma məhdudiyyəti qoyulacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə birgə keçirdiyi növbəti iclasından sonrakı çıxışında bildirib.

Prezident deyib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar bu il 31 dekabrda yerli vaxtla saat 21:00-dan başlayaraq 4 yanvar 2021-ci il səhər saat 05:00-dək 80 saatlıq “evdə qalmaq” rejiminə uyğun küçəyə çıxmaq məhdudiyyətlə olacaq.

R.T.Ərdoğan pandemiya dövründə Türkiyə Prezidenti olaraq COVID-19-la mübarizədə səlahiyyət verilən səhiyyə işçilərinin fəaliyyətini ciddi nəzarətdə saxladığını, bu infeksiyaya yoluxaraq zərərçəkən səhiyyə işçiləri üçün xüsusi statusların tətbiq olunacağını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR