Türkiyədə daha 153 nəfər COVID-19-dan dünyasını dəyişib

Türkiyədə daha 153 nəfər COVID-19-dan dünyasını dəyişib
# 28 mart 2021 23:42 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 153 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 29 058 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 17 164, ağır xəstələr isə 1968 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 208 173 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 957 093 nəfər sağalıb, 31 076 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR