Türkiyədə daha 193 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 193 nəfər koronavirusdan ölüb
# 05 aprel 2021 21:09 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 193 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 42 551 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 25 627, ağır xəstələr isə 2407 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 529 601 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 3 130 977 nəfər sağalıb, 32 456 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR