Türkiyədə daha 59 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 59 nəfər koronavirusdan ölüb
# 03 oktyabr 2020 22:11 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 59 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 103 219 şübhəli koronavirus testindən keçib, onlardan 1502-nin cavabı pozitiv çıxıb, 1211 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1470 nəfər olub.

Türkiyədə ümumilikdə 323 014 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8384 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR