Türkiyədə daha 64 nəfər koronavirusdan həyatını itirib

Türkiyədə daha 64 nəfər koronavirusdan həyatını itirib
# 09 mart 2021 03:19 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 64 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 13 215 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8106, ağır xəstələr isə 1239 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 793 632 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 632 030 nəfər sağalıb, 29 094 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR