Türkiyədə daha 66 nəfər koronavirusdan dünyasını dəyişib, 15 minədək insan isə bu virusa yoluxub

Türkiyədə daha 66 nəfər koronavirusdan dünyasını dəyişib, 15 minədək insan isə bu virusa yoluxub
  • Clock-gray 22:47
  • calendar-gray 12 Mart 2021

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 66 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 14 941 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 11 180, ağır xəstələr isə 1349 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 850 930 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 670 273 nəfər sağalıb, 29 356 nəfər isə həyatını itirib.

apa-logo-mini

Digər xəbərlər